Modern.az

"Kəpəz" nigeriyalı futbolçu ilə müqavilə imzaladı

Aktual

17 İyul 2023, 13:50

Transfer çalışmalarını davam etdirən "Kəpəz" komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Gəncə təmsilçisindən Modern.az-a verilən məlumata görə, "sarı-göylər" Olavale Onanuqa ilə anlaşıb.

 

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyada "Kastrioti"nin formasını geyinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et