Modern.az

Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

Aktual

17 İyul 2023, 16:32

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 19-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et