Modern.az

Sürət həddini aşmağa görə cərimə 300 manat oldu

Sürət həddini aşmağa görə cərimə 300 manat oldu

Aktual

17 İyul 2023, 18:21

Yolda sürət həddini aşmaya görə cərimələr artırılıb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

 

Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

 

Məcəllənin hazırkı variantına görə, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et