Modern.az

Reproduktiv sağlamlıqla bağlı tədbirlər keçiriləcək

Reproduktiv sağlamlıqla bağlı tədbirlər keçiriləcək

Aktual

17 İyul 2023, 20:42

“Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məcburi köçkün məktəblərində reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasına başlayıb.

 

Cari ilin iyul-oktyabr aylarında icra ediləcək layihənin məqsədi məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdləri arasında reproduktiv sağlamlığın qorunması mövzusunda maarifləndirmə tədbirləri vasitəsilə onların reproduktiv mədəniyyət səviyyəsinin artırılmasına nail olmaqdır.

 

Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində məcburi köçkün məktəblərinin reproduktiv sağlamlığına təsir edən amillər nəzərdən keçirilərək öyrəniləcək və bu əsasda mövzuya uyğun maarifləndirmə strategiyası hazırlanacaq. Qeyd olunan vəzifə uğurla icra olunduqdan sonra layihənin icra qrupu həm reproduktiv sağlamlığın qorunması mövzusunda “Reproduktiv sağlamlıq barədə nə bilməliyik?” mövzusunda buklet çap etdirəcək, həm də məcburi köçkün məktəbliləri arasında reproduktiv sağlamlığın qorunması mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirəcəkdir.

 

Gözlənilir ki, qeyd olunan tədbirlərdə iştirak edəcək məcburi köçkün məktəblilərinin reproduktiv sağlamlığın qorunması sahəsində bilikləri artırılacaq və məcburi köçkün məktəb və icmalarında sağlam reproduktiv davranış modelləri geniş şəkildə təlqin olunacaqdır.

 

Bakı şəhərində fəaliyyət göstərən Ağdam, Füzuli, Laçın, Cəbrayıl və Kəlbəcər rayonlarının bir qrup məcburi köçkün məktəbləri və orada təhsil alan yuxarı sinif şagirdləri hazırkı layihənin hədəf qruplarını təşkil edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et