Modern.az

Toivo Klaarın mandatı UZADILDI

Toivo Klaarın mandatı UZADILDI

20 İyul 2023, 16:13

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ Şurası qərar qəbul edib.

 

Klaar daha bir il, 2024-cü il avqustun 31-ə qədər bu vəzifəni icra edəcək.

 

Qeyd edək ki, o, 2017-ci il noyabrın 13-də Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi təyin edilib. Klaarın vəzifəsi regiondakı münaqişələrin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan, Gürcüstan və müvafiq olaraq qonşu ölkələr arasında regional əməkdaşlığı təşviq etməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et