Qızılağac Milli Parkı 26 sentyabr 2018- ci il tarixində Qızılağac Dövlət Təbiət Qoruğunun nəzdində yaradılmışdır. Qızılağac Milli Parkının ümumi sahəsi 99060 ha –dır. 2022- ci ildə aparılmış müşahidəmizə görə Milli Parkın quru ərazisi 27750 ha, su ərazisi isə 71310 ha-dır.
Qızılağac Milli Parkı flora və faunasına görə Xəzər ətrafı ən mühüm parklardan biridir. Milli park Xəzər dənizinin cənub-qərbində yerləşir. Qızılağac Milli Parkının yaradılmasının əsasə məqsədi flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi , eləcə də elmi tədqiqatlar, turizm və istirahət ( rekreasiya) üçün şəraitin yaradəılması və əhalini ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Milli park 1976-cı ildə ilk su – bataqlıq regionlarından biri, əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan su bataqlıq yerləri haqqında “Ramsar” konvensiyasına daxil edilmişdir. Bu səbəbdən də Milli Park beynəlxalq əhəmiyyətli qorunan ərazi hesab olunur. Qızılağac Milli Parkında hər il aprılmış elmi – tədqiqatlar nəticəsində Milli parkın ərazisində 24 növ məməli, 270 növə yaxın quş, 12 növ sürünən və 47 növ balıq müşahidə olunmuşdur. Qızılağac Milli Parkı Avropada ən mühüm su – bataqlıq quşlarının qışlama və yuvalama yerlərindən biridir. Parkın ərazisi Böyük körfəz, kiçik körfəz , kolinovka limanı , Ağquşa, Xəzər daşmaları, səhra və yarımsəhralardan ibarətdir.
Böyük körfəzin ərazisi 40000 ha – dan artıqdır. Bura balıq körpələrinin böyüyüb yetişməsində bütün cənubi Xəzər üçün mühüm rol oynayır.Milli Park turistlərin istirahət etməli üşün əlverişli şəraitə malikdir. Burada turistlər üçün yeddi marşrut fəaliyyət göstərir.
1. Böyük körfəz marşrutu 5. Quşlar diyarı marşrutu
2. Kiçik körfəz marşrutu 6. Razyana marşrutu
3. Turac marşrutu 7. Viləş marşrutu
4. Kür – dili marşrutu
Milli Park hər il yüzlərlə turist qəbul edir və onlar xoş təəssüratlarla buradan ayrılırlar. Eyni zamanda Milli Parkda qırmızı kitaba düşən flora və fauna növləri əməkdaşlarımız tərəfindən qorunur. Milli Parkda yerləşən Kür – dili adasında Qızılağac Milli Parkının atributu olan flaminqolar məskunlaşmışdır. Burada flaminqoların məskunlaşması bura turist axınını sürətləndirir, həm yerli həm xarici turistlər bu adaya quşları görmək üçün üz tuturlar. Gələcəkdə Milli Parkda ekoturizmin inkişafı sahəsində çoxlu işlər nəzərdə tutulmuşdur və bu yaxın gələcəkdə reallaşacaqdır.