Modern.az

Sabunçuda sənədsiz tikililər söküldü - VİDEO

Sabunçuda sənədsiz tikililər söküldü - VİDEO

Aktual

21 İyul 2023, 12:40

Fövqəladə Hallar Nazirliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansarda mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et