Modern.az

Separatçıların keçmiş rəhbəri HƏBS EDİLDİ

Separatçıların keçmiş rəhbəri HƏBS EDİLDİ

Aktual

21 İyul 2023, 15:00

Ukraynanın Donetsk vilayətindəki separatçıların keçmiş rəhbəri İqor Strelkov saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS onun yaxınlarına istinadən məlumat yayıb.

 

Məlumata görə, Strelkova qarşı ekstremizm maddəsi ilə ittiham irəli sürülüb. Bildirilir ki, bu gün saat 11:30-da Rusiya İstintaq Komitəsinin nümayəndələri İqor Strelkovun evinə gələrək onu naməlum istiqamətə aparıblar.

 

Bundan əvvəl Strelkov Rusiya Prezidenti Vladimir Putini və hərbi rəhbərliyi Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et