Modern.az

Su anbarında qanunsuz balıq ovlayan şəxs tutuldu

Su anbarında qanunsuz balıq ovlayan şəxs tutuldu

Aktual

21 İyul 2023, 16:10

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Yevlax rayonu, Xanabad kənd sakini Samir Rəsulov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

 

Keçirilən nəzarət tədbirləri zamanı Yevlax rayonunun “İstisu” adlanan ərazisində isə qanunsuz ov edən Yevlax rayonu, Tanrıqulular kənd sakini Niyaməddin Məmmədov saxlanılıb, barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et