Modern.az

Meşə yanğınları nəticəsində 15 nəfər öldü

Meşə yanğınları nəticəsində 15 nəfər öldü

Aktual

24 İyul 2023, 17:00

Əlcəzairdə meşə yanğınlarında 15 nəfər həlak olub.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yanğınlar zamanı 26 nəfər xəsarət alıb, 1500 nəfər evakuasiya olunub. Ümumilikdə 16 əyalətdə 97 yanğın nöqtəsi qeydə alınıb ki, bunların ən böyüyü Bejaia, Bouira və Jijel əyalətlərindədir.

 

DİN yanğınsöndürmə əməliyyatlarının davam etdiyini açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et