Modern.az

Sahibkarlarla növbəti görüş Balakəndə keçiriləcək

Sahibkarlarla növbəti görüş Balakəndə keçiriləcək

Aktual

24 İyul 2023, 17:44

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Modern.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzinin  qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 26-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et