Modern.az

Tullantıları ətrafa atanlar cəzalandırıldı

Tullantıları ətrafa atanlar cəzalandırıldı

Aktual

25 İyul 2023, 09:20

Abşeron rayonu, Atyalı qəsəbəsində, Ağsu rayonu, "Kamran" kafesinin ərazisində, İsmayıllı rayonu, Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanının yaxınlığında və İmişli rayonu, Bəhramtəpə qəsəbəsindəki “Dostlar” marketində formalaşan tullantıların ətrafa atılaraq qalaqlandığı müəyyən edilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib. "Kamran" kafesinin sahibi İmran Eyyubov, qəssab dükanının sahibi Ravil Hümbətov və “Dostlar” mağazasının sahibi Vidadi Hüseynov barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Ərazilər tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə obyektlərin sahiblərinə və Abşeron rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məcburi göstəriş verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et