Modern.az

Tonoyan 44 günlük müharibəyə görə DİNDİRİLƏCƏK

Tonoyan 44 günlük müharibəyə görə DİNDİRİLƏCƏK

Aktual

26 İyul 2023, 14:12

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan avqustun 1-də və 2-də 2020-ci il müharibəsinin hallarının araşdırılması üzrə istintaq komissiyasının iclasında iştirak edəcək.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Antikorrupsiyaya Məhkəməsi qərar verib.

 

Tonoyan iyulun 5-də bununla bağlı müvafiq vəsatət qaldırmışdı. Onun vəsatətinin təmin edilməməsinə mümkün səbəb kimi həbsdə olan şəxsin parlamentdə iştirakına icazə verən prosedurun olmaması göstərilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et