Modern.az

Aşurada qanvermə aksiyaları keçirilir 

Aşurada qanvermə aksiyaları keçirilir 

Aktual

28 İyul 2023, 09:10

Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.

 

Modern.az xəbər verir ki, aksiyalar 8 məscid və ziyarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunur.

 

Məhərrəm ayının Aşura günündə qanvermə aksiyalarının keçirildiyi ünvanlar:

 

Bakı şəhəri üzrə:

 

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Sahibəzzaman məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

 

Bundan əlavə, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunur.

 

Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et