Modern.az

Qanunsuz qum-çınqıl daşıyan şəxs cərimələndi

Qanunsuz qum-çınqıl daşıyan şəxs cərimələndi

Aktual

28 İyul 2023, 10:04

Bərdədə çay yatağından qanunsuz qum-çınqıl daşıyan vəzifəli şəxs cərimələnib.

 

Bu barədə Modern.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatağından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən "Salehoglu-R" karxanası tərəfindən daşındığı məlum olub.

 

Faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et