Modern.az

Naxçıvanda vəzifəli şəxslər işdən ÇIXARILDI

Naxçıvanda vəzifəli şəxslər işdən ÇIXARILDI

Aktual

28 İyul 2023, 10:14

Naxçıvanda daha iki vəzifəli şəxs işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidovun müvafiq sərəncamları ilə Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad edilib.


İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et