Modern.az

Obama İlham Əliyevi təbrik etdi

Obama İlham Əliyevi təbrik  etdi

Aktual

6 Avqust 2013, 14:09


ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Modern.az – ın məlumatına görə, məktubda deyilir: “Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerində yaşayan müsəlmanlar ənənəyə uyğun inanclarından ötən ay ərzində güc alaraq və ehtiyacı olanlara yardım əli uzadaraq öz ailə və dostları ilə Ramazan ayını uğurla başa vurmuşlar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət dövrü olub.   Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var