Modern.az

"Azəriqaz"in yeni sədri səlahiyyətlərinin icrasına BAŞLAYIB

Aktual

13 Mart 2024, 11:24

Martın 11-də “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Sözügedən vəzifə onun müavini Azər Məmmədova həvalə edilib.
 

Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi. A. Məmmədov isə 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.
 

Bəs Azər Məmmədov səlahiyyətlərinin icrasına başlayıbmı?
 

Modern.az məsələ ilə əlaqədar  “Azəriqaz” İstehsalat Birliyinə (İB) müraciət edib.
 

Qurumun mətbuat katibi Eldəniz Vəliyev saytımıza açıqlamasında bildirib ki, Azər Məmmədovun təqdimatı edilib və o, öz vəzifəsinin icrasına başlayıb.
 

“Azəriqaz”ın sabiq rəhbəri Ruslan Əliyevə yeni vəzifə verilib-verilməməsi məsələsinə gəlincə, Eldəniz Vəliyev bu barədə heç bir məlumatının olmadığını söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir