Modern.az

Bu il 60 min hektar ərazi minalardan təmizlənəcək - Baş nazir

Bu il 60 min hektar ərazi minalardan təmizlənəcək - Baş nazir

Aktual

15 Mart 2024, 11:56

2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

 

Modern.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında "Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatı"nı təqdim edərkən deyib.

 

Onun sözlərinə görə, genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.

 

Baş nazir bildirib ki, ümumiyyətlə martın 1-dək 123 mindən artıq hektar təmizlənib və 114 730 mina və partlamamış hərbi sursat aşkar edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok