Modern.az

Stoltenberqin Bakı səfəri... - Deputat NATO baş katibinin gəlişindən danışdı

Stoltenberqin Bakı səfəri... - Deputat NATO baş katibinin gəlişindən danışdı

Aktual

20 Mart 2024, 14:13

NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqazda səfərdə olub. O, əvvəlcə Bakıya gəlib, sonra Tbilisiyə, ardınca İrəvana səfər edib. Yens Stoltenberq səfər çərçivəsində Bakıda 3 mühüm görüş keçirib. O, öncə Prezident İlham Əliyevlə, sonra xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.

 

NATO baş katibinin bazar günü başlayan Azərbaycan, Gürcüstan və Ermənistan turu Rusiyada prezident seçkilərinin başa çatması və Vladimir Putinin alyansla münasibətlərin gələcəyi ilə bağlı yeni açıqlaması ilə eyni vaxta təsadüf edib.

 

Görüşlər zamanı verilən siyasi mesajlar, Yens Stoltenberq Bakı səfərinin arxasındakı məqamlar barədə NATO Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətlərinin üzvü, deputat Kamran Bayramov Modern.az-a danışıb.


O bildirib ki, səfər ciddi əhəmiyyət kəsb edir:
 

“NATO baş katibi Yens Stoltenberq və Azərbaycan Prezidenti İlham Əliyev arasında bir sıra əhəmiyyətli mövzularda müzakirələr aparılıb. İkitərəfli münasibətlər, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi, Azərbaycanın enerji tərəfdaşlığı və s. müzakirə olunub.  Azərbaycan NATO-nun müxtəlif təşəbbüslərində iştirak edib. Azərbaycanın sülhməramlı missiyası Kosovada, Əfqanıstanda və s. yerlərdə  öz töhfəsini verib.

Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə inkişaf edir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu üzv dövlətlərdən geri qalmır, döyüş qabiliyyəti yüksəkdir.

Yens Stoltenberqin Bakıdakı görüşlərində Ermənistan və Azərbaycan münasibətlərinə də toxunulub. Bildirilib ki, tərəflər arasında sülh üçün tarixi fürsət yaranıb. Qeyd olunub ki, sülh müqaviləsi bağlanandan sonra regionda təhlükəsizlik təmin oluna bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok