Modern.az

Aytən Səfərova ağır qəzaya düşdü - ÖLƏN VAR

Aytən Səfərova ağır qəzaya düşdü - ÖLƏN VAR

Hadisə

17 Aprel 2024, 09:55

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə bildirib ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

 

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

***

09:27

Bu gün Bakı şəhər Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.


Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb və ağır xəsarətlər alıb.

 

A.Səfərovanın ailəsindən bildirilib ki, o, xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda tibbi yardım göstərilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!