Modern.az

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib

Aktual

19 Aprel 2024, 16:38

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin ilk 3 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 35,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 81 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.

 

Cari ilin yanvar-mart aylarında 26 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir