Modern.az

Cüdoçularımız Avropa çempionatında yarımfinala yüksəldi

Cüdoçularımız Avropa çempionatında yarımfinala yüksəldi

İdman

26 Aprel 2024, 16:35

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, üçqat Avropa çempionu uyğun ardıcıllıqla Albaniya, Portuqaliya və Rusiyadan olan rəqiblərinə qalib gəlib.

 

H.Heydərov yarımfinalda Adil Osmanov (Moldova) ilə qarşılaşacaq. Digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) isə uğursuz çıxış ediblər.

 

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi