Modern.az

Myanmada nəsli kəsilməkdə olan quş aşkarlandı

Myanmada nəsli kəsilməkdə olan quş aşkarlandı

Aktual

4 May 2024, 17:01

Myanmanın şimalındakı Kaçin əyalətində nəsli kəsilməkdə olan quş növü aşkar edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, ov quşu olduğundan Cənub-Şərqi Asiya ölkəsində cəmi 40 dənəsi qalıb. Yalnız Kaçin əyalətində və Saqainq bölgəsində yaşayan həmin quş hazırda Myanmada İrravadi delfini, bəbir və qırmızı pandadan daha nadir növ sayılır. Əgər qorunmasa, beş ildən sonra nəsli tamamilə kəsilə bilər.

 

Bu quş əsasən tünd boz rəngdə olur, boğazı və aşağı hissələri ağdır, bulanıq çaylar və bataqlıq ərazilərdə yaşayır. 2007-ci ildən kritik təhlükə altında olan quşlar siyahısına daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi