Modern.az

Ermənistanda Azərbaycanla bağlı QORXU: "Açıq şəkildə diktə edirlər"

Ermənistanda Azərbaycanla bağlı QORXU: "Açıq şəkildə diktə edirlər"

22 İyun 2015, 23:34

“Bu gün Moskva Bakıya Yerevandan daha çox etibar edir”. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Yerevanda “İnteqrasiya prosesi” adlı müzakirələrdə sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan deyib.

Onun fikrincə, hazırda Azərbaycanla Rusiyanın əlaqələri daha çox strateji xarakter daşıyır.  

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Azərbaycanın Rusiya ilə münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatıdırıb.  

David Şahnazaryan rəsmi Bakının Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı prinsipial mövqeyini belə şərh edib:

“Azərbaycan Avrasiya İqtisadi İttifaqına girmək üçün açıq şəkildə öz şərtlərini diktə edir. Əsas problem təbii ki, Dağlıq Qarabağdır”.  

Eks-nazir postsovet məkanında Rusiyanın apardığı siyasətdən də danışarkən vurğulayıb ki, Kreml Ermənistan hakimiyyətinə təzyiq göstərmək üçün bütün siyasi, iqtisadi, təhlükəsizlik məsələlərinə dair bütün rıçaqlardan istifadə edir.

David Şahnazaryan 1992-1995-ci illərdə Ermənistan prezidentinin (Levon Ter-Petrosyan – red.) xüsusi tapşırıqlar üzrə səfiri, 1994-1995-ci illərdə bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrində çalışıb.    

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü