Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının prodüseri İlqar Musayev vəfat edib.
Modern.az xəbər verir ki, ötən gecə vəfat edən gənc prodüser beyin xərçəngindən əziyyət çəkirmiş.
İlqar Musayev “Cavanşir” (2002, animasiya filmi), “Basat və Təpəgöz” (2003, animasiya filmi), “Bəyaz həyat” (2003, bədii serial), “Arxada qalmış gələcək” (2004, tammetrajlı bədii film) “Qızıl” (2004, animasiya filmi) , “Ərazi” (2005, qısametrajlı bədii film), “Əlvida, cənub şəhəri” (2006, tammetrajlı bədii film), “Cavid ömrü” (2007, tammetrajlı bədii film) və b. filmlərdə inzibatçı və kinoprodüser kimi işləyib.
Allah rəhmət eləsin..