Modern.az

Naxçıvana ikinci səfər: Türkiyə Prezidenti Azərbaycana neçə dəfə gəlib... - ARAŞDIRMA

Naxçıvana ikinci səfər: Türkiyə Prezidenti Azərbaycana neçə dəfə gəlib... - ARAŞDIRMA

Analitika

25 Sentyabr 2023, 21:45

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Naxçıvan şəhərinə səfərə gəlib. Səfər çərçivəsində o, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. Səfər proqramına müxtəlif tədbirlər, təməlqoyma və açılış mərasimiləri, eləcə də müzakirələr nəzərdə tutulub.

 

Ərdoğanı Türkiyə XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, energetika və təbii ehtiyatlar naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Türkiyə PA-nın Kommunikasiya İdarəsinin başçısı Fahrettin Altun, Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik və digər şəxslər müşayiət edirlər.

 

Bu, Ərdoğanın Naxçıvana ikinci səfəridir. O, bundan əvvəl 2008-ci il iyunun 4-də baş nazir kimi Naxçıvana səfər edib.

 

Modern.az qardaş ölkənin liderinin prezident seçildiyi 2014-cü ilin avqustundan bəri Azərbaycana etdiyi səfərləri araşdırıb.

 

2-3 sentyabr 2014

 

Səfər zamanı keçirilən görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri, iki ölkə arasında əməkdaşlıq məsələləri, Türkiyə və Azərbaycanı maraqlandıran beynəlxalq və regional hadisələr müzakirə edilib.

 

 

12 iyun 2015

 

Prezident Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən birinci Avropa Oyunlarının açılış mərasimində fəxri qonaq kimi iştirak edib. O, ikitərəfli təmasları çərçivəsində sabiq Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Səfərinin ikinci günü Ərdoğan Bakıda Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə də görüşüb.

 

 

25-26 aprel 2016

 

Bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan regional məsələlər, ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında fikir mübadiləsi aparıblar. 26 aprel 2016-cı ildə Bakı Konqres Mərkəzində keçirilən Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun açılışında Ərdoğan da çıxış edib. Bakı Konqres Mərkəzində Malta prezidenti Marie Luiz Koleiro Presa ilə də görüşən prezident Ərdoğan daha sonra Azərbaycandan Xorvatiyaya rəsmi səfərə gedib.

 

 

30-31 oktyabr 2017

 

30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmiryolu üzrə ilk səfər üçün təşkil edilən mərasimdə iştirak edən prezident Ərdoğan tədbirdə çıxış edib. Ərdoğan Azərbaycanın dövlət başçısı, habelə Qazaxıstanın, Özbəkistanın və Gürcüstanın baş naziri ilə birlikdə istifadəyə verilən dəmir yolunun relslərinə simvolik olaraq mismar vurub. İlham Əliyevlə təkbətək görüşdən sonra liderlərin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib. Tərəflər daha sonra birgə mətbuat konfransı keçirərək bəyanatlar veriblər.

 

 

10 iyul 2018

 

Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Prezident İqamətgahında Ərdoğan İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanıb. İki lider təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər. Prezident Ərdoğan mətbuata açıqlamalardan sonra onu müşayiət edən nümayəndə heyəti ilə Şimali Kipr Türk Respublikasına rəsmi səfər etmək üçün Azərbaycandan yola düşüb.

 

 

15 sentyabr 2018

 

Ərdoğan bu səfərdə Bakının işğaldan azad edilməsinin 100 illiyi mərasimində iştirak edib. O, Bakıdakı Azadlıq Meydanında keçirilən mərasimdə çıxış edib. Tədbirdən sonra prezidentlər Dağüstü parkdakı restoranda təşkil olunan nümayəndə heyətləri arası işçi şam yeməyində görüşüblər.

 

 

14-15 oktyabr 2019

 

Prezident İlham Əliyevlə görüşdən sonra Bakıda keçirilən Türk Dünyası Əməkdaşlıq Şurasının toplantısında iştirak edən prezident Ərdoğan tədbirdə çıxış edib. Daha sonra Türk Şurası VII Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə verilən naharda iştirak edib. Prezident Ərdoğan ölkədəki təmasları çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. O, Azərbaycanla təmasları çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə görüşüb.

 

 

25 fevral 2020

 

Prezident Ərdoğan paytaxt Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanıb. Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra liderlər nümayəndə heyətlərini bir-birinə təqdim edərək hərbi parada baxıblar. Təkbətək görüş və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasından sonra prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birgə mətbuat konfransı keçirərək açıqlamalar veriblər.

 

 

9-10 dekabr 2020

 

Azərbaycana səfərindən öncə mətbuat konfransı keçirən prezident Ərdoğan Bakıya gəldikdən sonra şərəfinə verilən şam yeməyində iştirak edib. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə Azadlıq meydanında keçirilən Zəfər Paradında nitq söyləyib. Zəfər Paradından sonra Ərdoğan İlham Əliyevlə təkbətək görüşüb, daha sonra iki ölkə arasında müqavilələrin imzalanma mərasimində iştirak edib. Birgə mətbuat konfransından sonra Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev həyat yoldaşları ilə rəsmi ailə naharında bir araya gəliblər.

 

 

15-16 iyun 2021

 

Bakıdan rəsmi səfər edəcəyi Şuşaya yollanan Ərdoğan Füzuli şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və Şuşada rəsmi mərasimlə qarşılanıb. İki liderin təkbətək görüşü olub, birgə mətbuat konfransı keçirilib və Şuşa bəyannaməsi imzalanıb. Səfərinin ikinci günündə Bakıda Azərbaycan Milli Məclisində çıxış edən Ərdoğan spiker Sahibə Qafarova ilə görüşüb. Görüşdən sonra Türkiyə və Azərbaycan şəhidlərinin məzarları üzərinə qərənfillər qoyub dualar oxuyan prezident Ərdoğan Azərbaycan Xidmət Qrupunda türk əsgərlərlə görüşüb. Ərdoğan daha sonra İlham Əliyevlə birlikdə Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə-Uels matçına baxıb.

 

 

26 oktyabr 2021

 

İlham Əliyev tərəfindən qarşılanan Ərdoğan Füzuli Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı olub. İki lider yeni hava limanının açılış lentini kəsərək aeroportun binasını gəzib və səlahiyyətlilərdən məlumat alıblar. Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa və Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisinin təməlqoyma mərasimində iştirak ediblər. Prezident Ərdoğan İlham Əliyevlə birlikdə Zəngilanda ağıllı kənd təsərrüfatı layihəsinin təməlqoyma mərasimində də iştirak edib. Daha sonra Ağalı kəndinə təkbətək və nümayəndə heyətləri arasında görüş keçirilib. Prezidentlər daha sonra birgə mətbuat konfransı keçiriblər.

 

 

28 may 2022

 

Azərbaycanın Müstəqillik Gününün qeyd edilməsi çərçivəsində Bakıda keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı - "TEKNOFEST Azərbaycan"a qatılan prezident Ərdoğan çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

 

 

20 oktyabr 2022

 

Prezident Ərdoğan səfər proqramı çərçivəsində Zəngilanda Dost Aqropark ağıllı kənd təsərrüfatı layihəsinin birinci mərhələsini Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açıb. Prezidentlər daha sonra digər təməlqoyma mərasimlərində iştirak ediblər. Cəbrayıldakı təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçirib.

 

 

12-13 iyun 2023

 

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan onların şərəfinə verilən naharda iştirak ediblər. Nümayəndə heyətlərinin tanışlığından sonra iki liderin təkbətək görüşü olub. Geniştərkibli görüşdən sonra birgə mətbuat konfransı keçirib. Prezident Ərdoğan ölkədəki təmasları çərçivəsində İlham Əliyevlə birlikdə Azərbaycan Müdafiə Nazirliyinin Hava Komandanlıq Mərkəzinin açılışını edib.

 

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi