Modern.az

İrəvan azərbaycanlı əsgəri nəyin müqabilində QAYTARDI...

İrəvan azərbaycanlı əsgəri nəyin müqabilində QAYTARDI...

Analitika

5 Mart 2024, 16:24

Fevralın 28-də Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfinə adlayan hərbçimiz Ruslan Pənahov bu gün Azərbaycana təhvil verilib. 


Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ("sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s.) ittiham olunduğunu bildirmişdi. 


Dünən Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi ilə bağlı cinayət işinə xitam verib.

 
Bəs azərbaycanlı əsgər nəyin müqabilində qaytarıldı?

Modern.az xəbər verir ki, Ermənistan parlamemtinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan jurnalistlərin bununla bağlı sualına konkret cavab vermək istəməyib.


“Buna hakimiyyət qərar verib, hər şeyi birbaşa demək olmaz”, - Qaqik Melkonyan deyib.
 

Azərbaycan tərəfinin niyə erməni əsirləri qaytarmadığını soruşduqda deputat belə cavab verib:

“Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzur dəhlizindən imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”.


Siyasi təhlilçi Asif Nərimanlı deyir ki, İrəvanın əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə edəcəyi gözlənilirdi, Ruslan Pənahovun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı.

“Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.

Bunun “xoşməramlı jest”lə əlaqəsinin olnmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər.

Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğunu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənahova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır”.
 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir