Modern.az

Avropada Azərbaycanı hansı dövlətlər DƏSTƏKLƏYİR...

Avropada Azərbaycanı hansı dövlətlər DƏSTƏKLƏYİR...

Analitika

6 Mart 2024, 16:08

Avropanın əksər ölkələri Azərbaycan arasında münasibətlər daim müsbət istiqamətdə irəliləyib. Lakin İkinci Qarabağ müharibəsindən sonra Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı mövqeyində kəskin dəyişiklik baş verib. Bəzi Avropa ölkələri Azərbaycana qarşıqərəzli çıxışlar edir, beynəlxalq platformalarda Ermənistana dəstək nümayiş etdirirlər.

 

Modern.az-ın məlumatına görə, bununla bərabər Avropada Azərbaycanı dəstəkləyən ölkələrin sayı çoxdur.

 

Belə ki, hazırda Azərbaycan Avropanın qaz və enerji ehtiyatının təmin edilməsində vacib ölkələrdəndir. Ötən il ölkəmiz Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə razılaşma memorondumu imzalayıb.

 

“Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

 

Bundan əlavə, hazırda Azərbaycan tranzit ölkə kimi Şərq–Qərb dəhlizində imkanlarını Avropaya təqdim edir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsin­də nazirlərin 2-ci iclaslarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, bərpaolunan enerji mənbələri üzrə potensialı və Xəzərdən Avropaya “yaşıl enerji”nin ixrac perspektivləri müzakirə olunur.

 

Cənub Qaz Dəhlizi Azər­baycanın “Şahdəniz-2” yata­ğından hasil olunan təbii qazın Türkiyə və Avropa bazarına ixracını TANAP və TAP boru kəməri vasitəsilə təmin edir. 1841 kilometrlik TANAP 2018-ci ildə, TAP isə 2020-ci ildə is­tismara verilib. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lya­yen ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sa­zişə əsasən, 2027-ci ildə Cə­nub Qaz Dəhlizi ilə ixrac olunan təbii qazın həcminin 2 dəfə artırılması razılaşdırılıb. Ötən il Türkiyə bazarına 9,5 milyard kubmetr, Avropa bazarlarına 11,8, Gürcüstana isə 2,5 mil­yard kubmetr təbii qaz ötürülüb. 

Azərbaycanın təsdiq olun­muş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ötən müd­dətdə ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə bir daha özünün etibarlı tərəf­daş olduğunu sübuta yetirib. Belə ki, TAP boru kəməri əv­vəllər İtaliyaya Azərbaycan təbii qazını ixrac edirdisə, bu sıraya daha 5 Avropa ölkəsi də qoşu­lub. Yunanıstan, Bolqarıstan, Bolqarıstan–Serbiya interkon­nektoru vasitəsilə Azərbaycan qazının ixracı daha geniş böl­gələri əhatə edib. 

 

Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır və hazırda Aİ-nin neft idxalının təxminən 4,3%-ni təmin edir. Təkcə enerji və qaz sahəsində yox, eynilə diplomatic səviyyədə də bəzi Avropa ölkələri ilə əlaqələr güclüdür.

 

Belə ki, Macarıstan hər zaman Azərbaycana açıq dəstək verdiyini bildirib. Ölkənin ali rəhbərləri hər zaman çıxışlarında Ermənistanla Azərbaycan arasında yaşanan hərbi toqquşmalarda, eyni zamanda beynəlxalq təşkilatlarda açıq dəstək verib. Problemin Azərbaycanın ərazi bütövlüyü pozulmadan, sülh danışıqları ilə həll edilməsini arzuladıqlarını bildiriblər.

 

Azərbaycana ən çox dəstək verən Avropa ölkələrindən biri də Albaniyadır. NATO beynəlxalq platformalarda Azərbaycana qarşı qərarlar zamanı hər zaman ölkəmizin dəstəkçisi olub. Ölkəmizin dostları arasında Moldova, Ukrayna, Gürcüstan kimi Avropa İttifaqı və ya NATO-ya üzv olmayan, amma Qrəb əlaqələri yüksək səviyyədə olan dövlətlər də var.

 

Rəsmi Bakının xüsusi münasibətləri olan Avropa ölkələri arasında İtaliya xüsusilə diqqət çəkir. Ötən Azərbaycanın ən böyük ticarət dövriyyəsi İtaliya ilə olub. Avropa İttifaqı və NATO-nın önəmli üzvlərindən biri hesab edilən ölkə ilə ticarət dövriyyəsi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Azərbaycan, həmçinin İtaliyadan hərbi təyyarələr almağı planlaşdırır.

 

Avropa İttifaqının aparıcı üzvlərindən olan Almaniya son aylarda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqlarda aktivlik nümayiş etdirir. Rəsmi Bakı Berlinin tərəfsiz vasitəçi hesab edir. Almaniya ilə də Azərbaycan arasında ticarət dövriyyəsi böyükdür. Buna baxmayaraq Almaniya parlamentinin bəzi deputatları Azərbaycana qarşı qərəz nümayiş etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir