Modern.az

Moskvadakı terrorun arxasında bu ölkə dayanır - SENSASİON AÇIQLAMA

Moskvadakı terrorun arxasında bu ölkə dayanır - SENSASİON AÇIQLAMA

Analitika

23 Mart 2024, 14:20

Martın 22-də axşam saatlarında Moskva yaxınlığında yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Qanlı olayın İŞİD qruplaşması tərəfindən törədildiyi bildirilsə də, bununla bağlı hələ ki rəsmi açıqlama verilməyib.

 

Son məlumatlara əsasən, azərbaycanlı iş adamına məxsus konsert zalında baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 100 nəfərdən çoxdur.

 

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına əsasən, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Ümumilikdə isə terror aktına görə 11 nəfərin saxlanıldığı qeyd olunub.

                                           

Rusiyadan gələn xəbərlərin fonunda hadisənin arxasında hansı qüvvələrin dayanması sualı ciddi müzakirə doğurur. 

 

Maraqlıdır, İŞİD Rusiyada niyə terror aktı törədib, məqsəd nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu hadisənin arxasında ABŞ-nin durduğunu söyləyib.

 

O sensasion açıqlamasını belə əsaslandırıb:

 

"Üç istiqamət üzrə məsələnin üzərinə getmək lazımdır. Belə ki, ya bunun arxasında Ukrayna, ya Rusiyanın özü, ya da ABŞ var.  Mən ilk dəqiqələrdən hadisənin arxasında ABŞ-nin durduğunu düşünürəm. Buna səbəb 2023-cü ilin 7 oktyabrından İsrailin Fələstini, Qəzzanı bombalamasına qarşı Rusiyanın müdafiə etdiyi mövqedir. Rusiya dedi ki, biz məzlum və məsum Fələstinin yanındayıq. Putin və komandası hər platformada bunu dilə gətirir. ABŞ hadisə ilə bağlı əvvəlcədən xəbərdarlıq edib. Bu, onun kəşfiyyatının güclü olduğuna görə deyil. Əlbəttə, Rusiyanın da çox güclü kəşfiyyat şəbəkəsi var. Rusların bilmədiyini ABŞ-nin bilməsi mümkün deyil. Ona görə də, mən düşünürəm ki, ABŞ bunu bilavasitə işin içində olduğu üçün bilib və xəbərdarlıq edib".

 

İ.Muğlu ABŞ-nin İŞİD-i yenidən canlandırdığını sözlərinə əlavə edib:

 

"ABŞ İŞİD terror qruplaşmasını yenidən gündəmə gətirir. Bununla da, dünyaya, xüsusilə də Rusiya kimi müharibədə olan ölkələrə gözdağı verməyə çalışır. Hadisəni İŞİD terrorçuları həyata keçirmiş olsa da, arxa planda ABŞ var. Bunu belə gündəmə gətirmək lazımdır".

 

 

Məşhur ekspert bundan sonra Rusiyanın atacağı addımlardan da bəhs edib:

 

"Rusiyanın bu məsələlərdə strateji baxışı var. Hadisənin arxasında kimin olmasından asılı olmayaraq, qisasa qisas edəcək. Rusiya Ukraynanın hadisənin arxasında olması ilə bağlı bir işarə, qığılcım görmüş olsa, Kiyev daxil olmaqla, bir çox şəhəri bombalayacaq. Əminəm ki, İŞİD-in adı çəkilirsə, Putin  və komandası da bunun arxasında ABŞ-nin olduğunu düşünüb. Ukrayna Putinin bu işi özünün həyata keçirdiyini dilə gətirsə də, mənim fikrimcə, hazırkı müharibə vəziyyətində bu iddia gülməli səslənir. Çünki seçki təzə bitib. Yüksək faizlə seçilən Putinin belə həmləyə ehtiyacı yoxdur. Bundan sonra Rusiya daha təmkinli və sərt şəkildə Ukrayna ilə müharibəni yeni mərhələyə keçirə bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü