Arxiv
12 İyul 2014, 11:43 | ÖLKƏ
Əbdürrəhman Vəzirov: “Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı”

Azərbaycanın eks-rəhbərinin “Mənim diplomatik xidmətim” memuarından parçalar...


Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR KP MK-nın13-cü birinci katibi - 1988-1990), 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirovun öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edir.
Modern.az saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrini ixtisarla təqdim edir.

Əbdürrəhman Vəzirov kitabında ilk olaraq diplomat ixtisasına olan həvəsini və ailə üzvlərinin təkidi ilə Azərbaycan Sənaye Universitetinin energetik fakültəsinə daxil olması barədə yazır:

“Yeniyetmə vaxtlarımdan xarici siyasətlə maraqlanmışam. Qohumlarımdan biri məni “siyasət oğlan” deyə çağırırdı. İngilis dilini öyrənməyə, məşhur diplomatların və siyasətçilərin memuarlarını oxumağa başladım.

1947-ci ildə Bakının məşhur 160 nömrəli məktəbini (attestatda hamısı “5” idi və yalnız inşa yazısına görə “4” almışdım, o vaxt buna görə medal vermirdilər) bitirdim. Mən Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmağı düşünürdüm. Həmin il bu təhsil müəssisəsinin əməkdaşları Bakıdan abituriyent toplamağa gəlmişdilər. Sənədləri verdim, nəzərdə tutulan imtahanları verdim və müsahibədən sonra Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olundum. Moskvaya uçuş vaxtını dedilər. Oxumaq üçün paytaxta gedənlərə paylanılan isti paltonu evə gətirəndə ailə məşvərəti toplandı. Ailənin böyükləri məsləhət gördülər ki, nəslimizin çoxillik ənənəsini pozmayım və mühəndis təhsili alım. Və əlavə etdilər: “Yaxşı başın olsa, həmişə diplomat ola bilərsən, amma alınmasa, həmişə mühəndis ixtisasın köməyinə gələcək”.
Qəbul imtahanlarını verdiyim Azərbaycan Dövlət Universitetinin rəhbərliyinin icazəsi olmadan attestatım geri verilmirdi. Belə olan halda mən və Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla İsmayıl oğlu Qarayevlə şəxsi tanışlığı olan əmim Cəlil Rzayeviçlə onun qəbuluna getdik. O hər cəhdlə məni fikrimdən döndərməyə çalışırdı və attestatı əlimə verən anda hirsindən onu cırdı. Beləliklə mənim arzum ürəyimdə qaldı, amma 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu nəvəm Xəlil bitirdi.
Elə həmin il Azərbaycan dili üzrə imtahan verdim və Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) energetika fakültəsinin 1-ci kursuna daxil oldum”.   

1952-ci ildə institutu bitirən Əbdürrəhman Vəzirov komsomolda daha sonra isə Kommunist Partiyası orqanlarında çalışmağa başlayır. Həmin dövrü böyük hərarətlə xatırlayan siyasətçi partiya orqanlarına gəlişi, Gəncə Şəhər Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi və Hindistanda diplomatik işə başlayan qədər tutduğu digər vəzifələri barədə danışır.

“Bütün 60-cı illəri ruslar demiş “zəngdən-zəngə” qədər Mərkəzi Komitənin Ümumxalq Komsomolunun katibi kimi çalışdım. Və həyatımın möhtəşəm mərhələsi ilə - komsomoldakı fəaliyyətimlə vidalaşmalı oldum. Partiyaya məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya-Təşkilat işləri üzrə şöbə rəisinin 1-ci müavini Nikolay Aleksandroviç Petroviçev dəvət etdi.

O xəbər verdi ki, Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitəyə müraciət edərək məni Bakıya göndərməyi və rəhbər vəzifəyə təyin olunmağımı xahiş edib.

1970-ci ilin yanvarında Moskva ətrafıbdakı “Barvixa” sanatoriyasında istirahət edən Heydər Əliyev mənə zəng etdi. Görüşdük, tanış olduq. O dedi ki, Azərbaycan MK Komsomolunun 1-ci katibi olarkən məni yadında saxlayıb. Mənim Bakıya qayıtmağımla bağlı mövqeyimi soruşdu. Cavab verdim ki, doğma respublikam üçün faydalı olmaq istəyirəm və etiraf etdim ki, onun mənfi hallara qarşı elan etdiyi mübarizəni dəstəkləyirəm.

Əliyev mənə mənə bir neçə post təklif etdi: Naxçıvan Vilayət Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Bakı Şəhər Kommunist Partiyası MK-nın 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Orqanları ilə iş üzrə şöbəsinin rəhbəri və respublikanın daxili işlər naziri. Bu təklifə cavab olaraq partiya orqanlarında təcrübəm ollmadığını nəzərə alıb, Sumqayıtda işləmək istədiyimi bildirdim. Bir tərəfdən respublika Kommunist Partiyası Mərkəzi Komitəsi komsomolunun 1-ci katibi olarkən bu şəhəri yaxşı tanıyırdım, həm də uzun illər atam bu şəhərin tikinti təşkilatlarının rəhbəri çalışmışdı.
Amma Əliyev Kirovabad (Gəncə) şəhərinin 1-ci katib olmağı təklif etdi.       

Kirovabadın (Gəncə) 1-ci katibi olmağa razılıq verdikdən sonra şəhərin neqativləri, problemlərinin həlli üçün barədə kifayət qədər işlər gördüm. Kirovabadın (Gəncə) sosial-iqtisadi və mənəvi inkişafı üçün görülən işlərdən ötrü qürur duyuram. Bu şəhərdə keçirdiyim 4 ildən sonra yenidən Bakıya çağırıldım və Kommunist Partiyasının Sənaye-Nəqliyyat şöbəsinə rəhbər təyin olundum.
1975-ci il dekabrın 10-da Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 2-ci katibi Sergey Vasilyeviç Kozlov özünəməxsus istehzalı təbəssümlə məni yeni təyinatım münasibətilə təbrik etdi (SSRİ-nin Kəlküttədəki konsulluğunun rəhbəri) və dekabrın 15-ə qədər Mərkəzi Komitənin xaricdəki kadrlarla iş üzrə şöbəsinə yaxınlaşmağımı tapşırdı.
Sonralar Hindistanın Kəlküttə şəhərində konsul olarkən mənə danışırdılar ki, yerimə Kirovabad Şəhər Komitəsinin 1-ci katibi təyin olunan Əsgər Qəhrəman oğlu Məmmədov “Vəzirovun 1-ci katib kimi 4 il ərzində almadığı hər şeyi şəhərin müəssisə və qurumlarından ona verilməyəni tələb etmişdi”.

Ardı olacaq...

Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO 30 May 2020, 16:33 Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı 30 May 2020, 16:25 “Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanıldı - FOTO 30 May 2020, 16:17 Tural Gəncəliyevdən kanadalı həmkarına ETİRAZ 30 May 2020, 16:10 Gəncədə aparılan təmir-tikinti və abadlıq-quruculuq işləri davam etdirlir   30 May 2020, 16:02 Daha iki marşrut avtobusun hərəkət istiqaməti dəyişdirilir 30 May 2020, 15:55 Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30