Arxiv
15 İyul 2014, 13:55 |
Əbdürrəhman Vəzirov: “Heydər Əliyev məni təriflədi” - II HİSSƏ


Sovet Azərbaycanına rəhbərlik etmiş 84 yaşlı eks-diplomat Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı “Mənim diplomatik xidmətim” adlı xatirələr kitabını yazıb. Azərbaycanda ictimaiyyətin geniş nəzərindən yayınan kitabda Ə.Vəzirov öz həyat yoluna işıq salıb və o zamankı sovet rəhbərliyi ilə münasibətlərini, qürbət ölkələrdə səfir kimi çalışarkən keçirdiyi görüşləri, mövcud ictimai-siyasi situasiyanı şərh edib. 

Modern.az
saytı Azərbaycanın sabiq rəhbərinin xatirələrinin 2-ci hissəsini ixtisarla təqdim edir.

“Kəlküttədə konsul həyatı. Heydər Əliyevin məni tərif etməsi...”

-Mənim Kəlküttəyə konsul təyin olunmağım Hindistan prezidenti tərəfindən təsdiqləndikdən sonra 1976-cı il 17 iyun gecəsi Dehliyə uçdum. Stüardessadan şampan gətirməsini xahiş etdim – həyat yoldaşımın ad gününü qeyd etdik.  

Kəlküttə çoxtərəfli, ekzotik və ən əsası heç kəsi laqeyd qoymayacaq şəhər idi. Yaddaşımda Kəlküttədə keçirdiyim 3 il (1976 iyun – 1979 iyun) işıqlı xatirələrlə zəngindir. Hindistanda 2 iri maliyyə-sənaye qrupu var idi – Tata və Birla. Biz onlara sovet xarici iqtisadi və xarici ticarət təşkilatları ilə əlaqə qurmağa yardım edirdik. Konsul olduğum dövrdə Assam və Meqxalaya ştatlarındakı məşhur qoruqlara səfər yadımda qaldı. Robindranat Taqorun yurdu – Şantininketana səfərim, yerli tələbələrlə görüşüm də xatirimdədir.

Kəlküttəni həyat yoldaşım İrina ilə birlikdə həm kədərli, həm də minnətdarlıq ruhunda tərk edirdik. Və sonra tez-tez həmin vaxtları xatırlayırdım. Yerinə yetirilmiş borc hissi ilə buranı tərk edirdim. Həmin vaxt Hindistanda səfərdə olan Heydər Əliyev səfirlikdə keçirilən günorta yeməyi zamanı mənim şərəfimə badə qaldırdı: “Sən Kəlküttədə qısa vaxtda nə etmisən? Pyotr Vasilyeviç Kuçobin (Mərkəzi Komitənin beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri) Moskvadan bura qədər yol boyu sənin baş konsulluğunun uğurlarından danışırdı”.

Kəlküttədə dözülməz istilər mövsümünün başlanması ilə mən haqqım olan 2 aylıq məzuniyyətə çıxdım. Heç güman etməzdim ki, bir daha ora qayıtmayacam. Bakıya gəldim və valideynlərimin qızıl toyunu qeyd etdik.

Bir gün sonra məni Respublika Mərkəzi Komitəsinə - Moskva ilə telefon danışığına çağırdılar. XİN-dən zəng edirdilər: Nepala səfir olmağa razılığımı istəyirdilər. Cavabı dərhal verməli idim, çünki Andrey Qromıko (SSRİ xarici işlər naziri) istirahətə yollanırdı və həmin vaxta kimi mənim namizədliyimi Kommunist Partiyası Mərkəzi Komitəsinə təqdim etmək istəyirdi.    

“Nepalda səfir fəaliyyətim və Əfqanıstan...”

-1979-cu il sentyabrın 7-də SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə mən Nepal Krallığının fövqəladə və səlahiyyətli səfiri təyin olundum.

Moskvadan həyat yoldaşımla 1979-cu il noyabrın 12-i gecəsi yola çıxdıq. İlk səfirlik missiyam... Əhvalım yüksəkdir. Bizimlə sevimli nəvəm Aliyə də gedir.

Krala təqdim olunduqdan sonra diplomatik fəaliyyətimə başladım. 1979-cu il dekabrın 25-də SSRİ Xarici İşlər Nazirliyindən mənə təcili məktub gəldi. Sovet qoşunları Əfqanıstana daxil olmuşdu. Həmin gündən etibarən mənim Nepaldakı diplomatik fəaliyyətim Əfqanıstan məsələsi ilə sıx bağlı idi.

“BMT Baş katibinin Nepala səfəri və ondan avtoqraf almağım”

-Diplomatik xidmət çox gözlənilməz, bəzən isə kuryoz hadisələrlə əhatə olunur. 1981-ci ilin fevralında BMT Baş katibi Kurt Valdhaym Nepalı ziyarət etdi. Nepal Xarici İşlər Nazirliyinin qəbulu zamanı mən Baş katibin müavini Xavyer Peres de Kuelerə yaxınlaşdım. Perunun Moskvadakı səfiri olan Kuelerdən Nepala səfərlə bağlı fikirlərini öyrənmək istədim. O isə dərhal Baş katib Valdhaymı səslədi və “vaxtı ilə səfiri olduğu ölkənin diplomatına ölkəsinə - Nepala səfəri ilə bağlı məlumat verməyin lazım olduğunu vurğuladı”.
Biz hamımız güldük və mən BMT  Baş katibi ilə onun yazdığı “The Challenge of Peace” kitabının təəssüratlarını bölüşdüm. Kitabın rus nəşrinin olmamasından və bu səbəbdən ondan şəxsən avtoqraf ala bilməyəcəyindən təəssüfləndiyimi bildirdim. O təəccüblə məndən soruşdu: “Siz doğurdan mənim kitabımı oxumusunuzmu?”. Mən cavab verdim ki, xüsusən onun son bölümdə ekologiya barədə mühakimələri xoşuma gəlib.

“Mənə xoşdu ki, siz kitabı diqqətlə oxumusunuz”, – deyə Baş katib minnətdarlıq etdi. Valdhaym öz katibini çağırdı və kitabın bir nüsxəsini tapıb gətirməyi tapşırdı. Kitabı gətirdilər və o, pilləkənin üzərində oturaraq kitabda belə bir qeyd etdi: “To H. Ambassador A. H. Vezirov with best wishes. Kurt Waldheim. 14.2.1981. Kathmandu”.
Onu əhatə edən xarici diplomatlar eyni avtoqrafdan özlərinin də almaq istədiklərini bildirdilər. Lakin Baş katib bəyan etdi ki, o avtoqraflı kitabını yalnız kitabı oxuyana verir.

“Kral ailəsinin səfirliyimə təşrif buyurması və yeni təyinatım”

-Tezliklə Nepal kral ailəsinin Sovet səfirliyinə səfəri baş tutdu. 1984-cü il fevralın 22-də sükan arxasında kral, yanında isə kraliçanın əyləşdiyi kiçik minik maşını səfirliyin darvazalarından içəri daxil oldu. Səfirlik əməkdaşları ilə birlikdə kralla günorta yeməyi yedik. Kral erməni konyakı ilə hələ SSRİ-də səfərdə tanış olduğu üçün onu Bakıdan gətirdiyim Azərbaycan konyakına və Eduard Şevardnadzenin Gürcüstandan xüsusi olaraq mənim üçün göndərdiyi 11 yeşik konyaka qonaq etdim. Konyaklar onun xoşuna gəldi”.   

1985-ci il mayın 7-də SSRİ xarici işlər nazirinin müavini Viktor Stukalindən təcili teleqram gəldi:

“Pakistan hökuməti sizin bu ölkəyə fövqəladə və səlahiyyətli səfir təyin olunmağınıza razılıq verib. Yeni təyinat münasibətilə sizi təbrik edirəm”.

(ardı var)

Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanda Covid-19-a yoluxanların sayı durmadan artır- SON STATİSTİKA 30 May 2020, 15:48 Deputat icra başçısından müğənninin xahişini etdi - FOTO 30 May 2020, 15:40 Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA 30 May 2020, 15:34 Borca görə 9 nəfər saxlanıldı 30 May 2020, 15:27 Azay Quliyev: “Şuşadakı təxribat müharibə çağırışlarının kəskin artmasına səbəb oldu” 30 May 2020, 15:20 Həmsədr ölkələr əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar - Tural Gəncəliyev 30 May 2020, 15:14 Bağlanan bankların əmanətləri bu bank vasitəsilə ödəniləcək - RƏSMİ 30 May 2020, 15:06 Meksika da koronavirusa görə Çini geridə qoydu 30 May 2020, 14:59 Köçkünlərin mənzil-məişət probleminin həlli dövlətimizin prioritet vəzifəsidir - Çingiz Qənizadə 30 May 2020, 14:52 Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ... 30 May 2020, 14:45 "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüş vaxtı AÇIQLANDI 30 May 2020, 14:38 “İşğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq” - Qənirə Paşayeva 30 May 2020, 14:30 İtaliyada yaşayan vətəndaşlarımızdan xəbər var - Artıq hər şey adiləşib   30 May 2020, 14:22 Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək 30 May 2020, 14:15 Sürücülərin nəzərinə - paytaxtın bu küçəsində təmir gedir   30 May 2020, 14:07 Peşə təhsili müəssisələrində attestasiyasının aparılması qaydaları TƏSDİQLƏNDİ 30 May 2020, 14:00 AXCP-nin daha bir fəalı həbs olundu 30 May 2020, 13:54 “Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30 Zakir Həsənov generalları topladı - Ermənistana hərbi MESAJ verildi 30 May 2020, 12:23 Sədərək Ticarət Mərkəzi açılır - Obyektə maskasız giriş qadağan olundu 30 May 2020, 12:15 İTBAŞI (4-cü bölüm) 30 May 2020, 12:10 " AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”   30 May 2020, 12:07 "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA 30 May 2020, 12:00 İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53