Modern.az

Boksçularımız Ukraynaya bu heyətlə gedir…

Boksçularımız Ukraynaya bu heyətlə gedir…

Aktual

3 İyun 2017, 16:59

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.

 

Boks Federasiyasından Modern.az-a verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.

 

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.

 

Komandamızın heyəti aşağıdakı kimidir:

 

49 kq-da Məsud Yusifzadə

 

52 kq. Elvin Məmişzadə

 

56 kq. Tayfur Əliyev

 

60 kq. Cavid Çələbiyev

 

64 kq. Lorenzo Sotomayor

 

69 kq. Pərviz Bağırov

 

75 kq. Kamran Şahsuvarlı

 

81 kq. Eldar Quliyev

 

91 kq. Abdulqadir Abdullayev

 

+91 kq. Məhəmmədrəsul Məcidov

 

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı