Modern.az

Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək

Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək

Aktual

6 İyun 2020, 09:50

Bu gün Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan  təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.

 

Modern.az PFL-in saytına istinadən xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

 

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

 

Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?