Modern.az

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ  

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ  

Aktual

8 İyun 2020, 15:02

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın iyunun 9-na olan cədvəli açıqlanıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:15-də VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 11:05-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 11:55-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət, İnformatika-Rəqəmsal bacarıqlar; 12:45-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:35-də II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 14:05-də I sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri; 14:40-da – Məktəbdənkənar fəaliyyət; 14:50-də - Futbol dərsi olacaq. 

 

Rus bölməsi üçün sabah saat 15:00-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 15:35-də IV sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 16:15-də VII sinif - Rus dili, Riyaziyyat, Fizika; 16:45-də IX sinif – Rus dili, Riyaziyyat, Fizika; 17:35-də X sinif – Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı