Modern.az

Fiziki məhdudiyyətli 6 şagird imtahan verəcək

Fiziki məhdudiyyətli 6 şagird imtahan verəcək

Aktual

8 İyun 2020, 15:36

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-da və 11-də keçiriləcək ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarında fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 6 şagird də iştirak edəcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...