Modern.az

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri qəbul  edib - FOTO  

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri qəbul  edib - FOTO  

Aktual

8 İyun 2020, 17:15

Milli  Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov Sabirabad rayonunda  seçiciləri qəbul edib.

 

Modern.az xəbər verir ki, Sabirabad rayon Heydər Əliyev Mərkəzində, xüsusi karantin rejiminin tələblərinə uyğun sosial məsafə nəzərə alınmaqla və qoruyucu maskalardan istifadə etməklə təşkil olunmuş qəbulda rayon İcra başçısının müavini H. Həsənov və  YAP Sabirabad rayon təşkilatının sədri M. Ağayeva da iştirak edib.

 

Qəbul zamanı Əhliman Əmiraslanov bu gün dünyada qlobal problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.  Millət vəkili hazırki pandemiya dövründə karantin rejiminin bütün tələblərinə vətəndaşların əməl etməsinin vacibliyini bildirib.

 

Qəbula gələn  65 saylı Saaatlı-Sabirabad-Kürdəmir seçki dairəsinə aid olan yaşayış məntəqələrinin sakinləri bu pandemiya dövründə də seçicilərini bir an da olsun diqqətsiz qoymayan deputatlarına minnətdarlıq ifadə etdilər.  Sonra  isə sakinlər onları narahat edən və əsasən, bəzi sosial yönümlü məsələlərdən ibarət olan problemlərini səsləndiriblər.

 

Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini seçicilərin diqqətinə çatdırıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?