Modern.az

Əli Əsədovdan belaruslu həmkarına təbrik

Əli Əsədovdan belaruslu həmkarına təbrik

Aktual

8 İyun 2020, 20:57

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Roman Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurduğunu bildirib.

Baş Nazir Azərbaycan ilə Belarus arasındakı qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!