Modern.az

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın

Aktual

8 İyun 2020, 22:58

Bakının Nərimanov rayonunda yaşayış binasında yanğın olub.

Modern.az xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Məlumata görə, evdə təmir getdiyidən mənzildə heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğın qısaqapanma səbəbindən yaranıb.

Əraziyə FHN-in Nərimanov Rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.

Mənzildə olan çarpayı və digər yanar konstruksiyalar yanaraq yararsız hala düşüb.

Alov söndürülüb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yağın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?