Modern.az

Bakıdakı qəzada iki nəfər xəsarət aldı

Bakıdakı qəzada iki nəfər xəsarət aldı

Aktual

8 İyun 2020, 23:47

Bakıda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Mustafayev Rəşad Nicat oğlu və 1995-ci il təvəllüdlü Həmidov Şahin Yunis oğlu ağır xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ş.Həmidova qarnın küt travması, R.Mustafayevə isə baldır sümüklərinin sınığı, müştərək travma, kəllə-beyin travması diaqnozları qoyulub.

Hər iki şəxs reanimasiyaya yerləşdirilib. (Report)



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?