Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 24-dən iyunun 5-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 12.750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə dayə işləyən Bakı şəhər sakini R.Kərimova saxlanılıb.
Araşdırma aparılır.