Modern.az

Qonaqlar ev sahibini bıçaqlayıb pulunu aldılar

Qonaqlar ev sahibini bıçaqlayıb pulunu aldılar

Aktual

9 İyun 2020, 12:14

İyunun 7-də saat 21 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədovun sərxoş halda bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.



Araşdırmalarla S.Məmmədovun evinə qonaq gəlmiş əvvəllər məhkum olunmuşlar - Ağalarbəyli kənd sakini E.Nuriyevin və Şamaxı rayon sakini R.Səfərovun ona bıçaqla xəsarət yetirərək 190 manat pulunu almaları müəyyən edilib.



Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - E.Nuriyev və R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar.



Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?