Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Aktual

9 İyun 2020, 12:36

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  31-36, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  40-45 faiz təşkil edəcək.   

 

İyunun 10-da Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  22-27 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında  meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!