Modern.az

Suleymaninin ölümündə təqsirləndirilən casus edam ediləcək

Suleymaninin ölümündə təqsirləndirilən casus edam ediləcək

Aktual

9 İyun 2020, 13:49

İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasım Süleymaninin ölümündə əli olduğu iddia olunan bir nəfər həbs olunub.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmaili açıqlama verib:

 

“ABŞ və İsrail kəşfiyyatına işləyən Seyid Mahmud Musəvi Məcd edam cəzasına məhkum edilib. O, Qasım Süleymaninin yeri və gediş-gəlişi haqqında məlumatlar toplayaraq bizim düşmənlərimizə ötürüb”.

 

Xatırladaq ki, Qasım Süleymani yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində qətlə yetirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV