Modern.az

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatdı

Aktual

9 İyun 2020, 14:24

Naxçıvan Muxtar Respublikasında əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.



Qeyd olunub ki, Fond Milli Qurtuluş Günü ərəfəsində iyun ayında pensiyaların maliyyələşdirilməsi sahəsində işləri başa çatdırıb. Pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri vasitəsilə ödənilib.



Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün də müvafiq tədbirlər həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV