Modern.az

“Şərq Tərəfdaşlığı” ölkələri XİN başçılarının konfransının gündəliyi AÇIQLANDI

“Şərq Tərəfdaşlığı” ölkələri XİN başçılarının konfransının gündəliyi AÇIQLANDI

Aktual

9 İyun 2020, 15:04

“Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin iyunun 11-də virtual formatda keçiriləcək konfransının gündəliyi açıqlanıb.

 

Modern.az Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazirlər 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı” və beş uzunmüddətli siyasi məqsəd - iqtisadiyyat və əlaqəlilik, məsuliyyətli institutlar, qanunun aliliyi və təhlükəsizlik, yaşıl və rəqəmsal dəyişikliklər, ədalətli və inklüziv cəmiyyətlər barədə Avropa Komissiyasının və Aİ Şurasının təsdiqlədiyi Birgə Kommunikasiyanı müzakirə edəcəklər.  

 

Nazirlər həmçinin rifah və səhiyyə sahələrində, xüsusilə də ictimai səhiyyə və COVID-19 pandemiyası ilə bağlı əməkdaşlığı gücləndirməklə əlaqədar Birgə Kommunikasiyaya yeni əlavələri nəzərdən keçirəcəklər.

 

XİN başçıları eyni zamanda, həm səhiyyə sektorundakı ehtiyacları, həm də COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərini aradan qaldırmağı hədəfləyən Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinə verdiyi dəstək ətrafında fikir mübadiləsi aparacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV