Modern.az

İcra başçısı kənd sakinlərinin yaşayış şəraiti ilə maraqlandı - FOTO

İcra başçısı kənd sakinlərinin yaşayış şəraiti ilə maraqlandı - FOTO

Aktual

9 İyun 2020, 17:28

Goranboy rayon icra hakimiyyəti başçısı Rus Borisi kəndində olub.

 

Modern.az xəbər verir ki, icra başçısı Məhərrəm Quliyev, rayon Dövlət Aqrar İnkişaf Mərkəzin direktoru və digər məsul şəxslərlə birgə Rus Borisi kəndində taxıl  və kartof sahələrində olub.

 

İcra başçısı burada fəaliyyət göstərən kolxoza da baş çəkib, kənd təsərrüfatı sahələrində aparılan işlər, əkin sahələrində aqrotexniki qulluğun vəziyyəti ilə yerində tanış olub.

 

Həmçinin kəndə əhalinin yaşayış şəraiti ilə də maraqlanan icra başçısı Məhərrəm Quliyev onların problemlərini dinləyib, karantin rejiminin tələb və qaydalarına əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!