Modern.az

“Səs Azərbaycan” yarışması başlayır

“Səs Azərbaycan” yarışması başlayır

Aktual

9 İyun 2020, 17:50

İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəmizdə yayım lisenziyasına sahib olduğu məşhur “The Voice” vokal yarışmasının böyüklər üçün olan versiyası “Səs Azərbaycan”nın qeydiyyatına başlayır. 

İctimai Televiziya və Radio Yayımları Şirkətindən Modern.az-a bildirilib ki, dünyanın ən çox müzakirə olunan vokal şousunda iştirak etmək istəyən və istedadına güvənən, yaşı 16-65 aralığında olan hər kəs öz ifasını video formatında çəkib  (051) 255 44 44 nömrəsinə “whatsapp” vasitəsilə göndərə və ya www.itv.az saytında müvafiq bölməyə yükləyərək qatıla bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!