Modern.az

Eyfel qülləsi ziyarətçilərin üzünə iyulda açılacaq

Eyfel qülləsi ziyarətçilərin üzünə iyulda açılacaq

Aktual

12 İyun 2020, 12:44

Parisin əsas abidələrindən olan Eyfel qülləsi iyulun 25-dən etibarən ziyarətçilərin ixtiyarına veriləcək.
Modern.az xəbər verir ki, qüllə açıldıqda ziyarətçilər ilk mərhələdə ehtiyat tədbirlərinə əməl etməli olacaqlar. Onlar qülləyə hissə-hissə buraxılacaq, 11 yaşdan yuxarı hər kəs isə tibbi maskalardan istifadə edəcək. Kassalarda növbənin yaranmaması üçün məsafəli ödəniş üsulu həyata keçirilərək biletlər onlayn-satışa çıxarılacaq.   

Xatırladaq ki, mart ayından fəaliyyətini dayandıran monument II Dünya müharibəsindən sonra ilk dəfə idi ki, uzunmüddətli bağlı qalmışdı.      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?