Modern.az

II Yelizaveta rəsmi ad gününü Vindzorda qeyd edəcək

II Yelizaveta rəsmi ad gününü Vindzorda qeyd edəcək

Aktual

12 İyun 2020, 12:46

Böyük Britaniyanın kralıçası II Yelizaveta özünün 94-cü rəsmi ad gününü Vindzor sarayında qeyd edəcək.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kraliça ad gününü iki dəfə qeyd edir – doğulduğu 21 aprel günündə və iyunun ikinci şənbəsində. Şənbə günü keçirilən tədbir kraliçanın rəsmi ad günü sayılır. Qapalı mərasim Vindzor qəsrində Valliy qvardiyasının iştirakı ilə baş tutacaq və kiçik atəşfəşanlıqla bitəcək. Kraliça əri şahzadə Filipplə birgə mart ayından Vindzor sarayında qalır. O, həmin vaxtdan bu yana bir dəfə də olsun ictimaiyyət arasında görünməyib. Kraliça yalnız ikid dəfə - koronovirus  pandemiyası və II Dünya müharibəsinin 75 illiyi ilə bağlı televiziyada çıxış edib.


Xatırladaq ki, bu il kraliçanın rəsmi ad günü münasibərtilə keçirilməli olan kütləvi tədbirlərin hamısı koronovirus karantininə görə ləğv edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!